Futbolçu atasının səhhətinə görə son vaxtlar komandasına az fayda verdiyini etiraf edib: "Fikrim atamın yanında idi. Artıq o günlər arxada qalıb. İndi məni ancaq "Qalatasay"ın uğurları düşündürür. Sabah vacib oyunumuz var. "Atletiko Madrid"i məğlub etmək üçün əlimdən gələni əsirgəməyəcəm".
Uruqvaylı yarımmüdafiəçı İstanbul klubunu tərk edəcəyinə dair iddialara da münasibət bildirib: "Qalatasaray" mənim esqimdir. Üç il yarımdır doğma komandada oynayıram. Bu müddət ərzində çox kuboklar qaldırmışıq. "Qalatasaray"ı nə vaxt tərk edəcəyəmsə, bunu özüm açıqlayacam. İstanbulda çox xoşbəxtəm. Məni ancaq "Qalatasaray"ın uğurları düşündürür".