Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələrindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurub.
Modern.az xəbər verir ki, bu barədə AP-nin siyasi qrupları məlumat yayıb.
“France-Presse” agentliyinin istinad etdiyi Sosial-demokratlar qrupunun (S&D) sÉ™dri İraçe Qarsia Peres bildirib ki, É™ksÉ™r siyasi qruplar 2025-ci ildÉ™ Aİ ilÉ™ ABÅž arasında baÄŸlanmış ticarÉ™t saziÅŸinin ratifikasiyasının dayandırılmasını dÉ™stÉ™klÉ™yiblÉ™r.
ABŞ Prezidenti dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyi barədə bəyanatlar verib. O, ilk prezidentlik dövründə də adanın satın alınması təklifini irəli sürüb. 2025-ci ilin martında isə onun anneksiya edilə biləcəyinə əminliyini bildirib.
Qrenlandiya Danimarkanın tərkibinə muxtar ərazi statusu ilə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında Müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etmək öhdəliyini üzərinə götürüb.