Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketi hazırlayır.
"Ölkə.az" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Parlamentində İrandakı vəziyyətlə bağlı Strasburqda keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.
Bu paketə Tehrana pilotsuz uçuş aparatları və raketlərin istehsalında istifadə olunan komponentlərin ixracına məhdudiyyətlər də daxildir.
Kallasın sözlərinə görə, yeni sanksiyalar İranda etirazların sərt şəkildə yatırılmasına cavab olaraq təklif olunur.
O qeyd edib ki, Aİ həmçinin raket və pilotsuz aparatların istehsalında istifadə edilən komponentlərə dair əlavə ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
“Biz etirazların amansız ÅŸÉ™kildÉ™ yatırılmasına görÉ™ İrana qarşı yeni sanksiyalar tÉ™klif edirik. Eyni zamanda raketlÉ™r vÉ™ pilotsuz uçuÅŸ aparatlarının istehsalında istifadÉ™ olunan komponentlÉ™rÉ™ dair yeni ixrac mÉ™hdudiyyÉ™tlÉ™ri dÉ™ gündÉ™mdÉ™dir”, – deyÉ™ Kallas vurÄŸulayıb.