EN

Suriya ilə "Suriya demokratik qüvvələri” razılıq əldə etdi

Suriya hökuməti ilə “Suriya demokratik qüvvələri” arasında Hasekənin inzibati və hərbi inteqrasiya mexanizmləri ilə bağlı anlaşma əldə edilib. Metbuat.az xəbər verir ki, bu barədə Suriyanın Prezident adminstrasiyasından açıqlama verilib. Açıqlamada deyilir ki, “Suriya demokratik qüvvələri”nə regionların praktik inteqrasiyası üçün ətraflı plan hazırlamaq barədə təlimat verilib.

Bəyanata görə, “Suriya demokratik qüvvələri”nin bütün hərbi və təhlükəsizlik qüvvələri Müdafiə və Daxili İşlər Nazirliklərinə inteqrasiya olunacaq. Həmçinin Mülki qurumlar Suriya hökumətinin strukturuna inteqrasiya olunacaq.

Chosen
33
metbuat.az

1Sources