EN

İranın siyasi taleyində azərbaycanlıların rolu həlledicidir

İranda baş verən iğtişaşlarda soydaşlarımızın mövqeləri bir mənalıdır. Onlar iğtişaşlara dəstək vermir.Həmçinin planlanan Reza Şah Pəhləvinin sülaləsinin səsinə səs qatmır. Ancaq proseslərin daha gərgin vəziyyət alacağı təqdirdə, oradakı Güney azərbaycanlıların aqibətinin necə olacağı xüsusi narahatlıq doğurur.

Məsələ ilə bağlı NOCOMENT.az-a danışan politoloq Rizvan Hüseynov bildirib ki, İran dövləti əsrlər boyu azərbaycanlıların əlində olub, bu gün də ölkə rəhbərliyində olanların əksəriyyəti azərbaycanlılardır və siyasi hakimiyyət əsasən onların nəzarətindədir.

“Bu baxımdan qaçmağa ehtiyac yoxdur. Azərbaycan xalqı tarixən İranın siyasi taleyini və dövlətçiliyini müəyyən edən əsas xalqlardan biri olub. Ona görə də əksinə, İran azərbaycanlıları daha fəal olmalı, lakin bu, indi yox, məqamı yetişəndə baş verməlidir. Kənardan, xaricdən verilən fətvalarla deyil, öz iradələri ilə Azərbaycan xalqı bütün gücü ilə İrandakı siyasi proseslərdə iştirak etməlidir. Necə ki, tarixən belə olub. Yeni formalaşacaq dövlətin həm təməlində, həm də inkişafında yer almalıdır”, – deyə politoloq vurğulayıb.

Chosen
39
nocomment.az

1Sources