EN

Tramp Putini “Sülh Şurası”na dəvət edib

BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini Qəzza üzrə yaradılan “Sülh Şurası”na dəvət etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

“Bəli, Putin dünya liderlərindən biridir”, - deyə Tramp jurnalistlərin Rusiya prezidentinin şuraya dəvət olunması ilə bağlı sualını cavablandırarkən qeyd edib.

Xatırladaq ki, bundan əvvəl də ABŞ bir sıra ölkə liderlərinə Qəzza üzrə “Sülh Şurası”nın tərkibinə daxil olmaqla bağlı təkliflər göndərib.

Chosen
107
teleqraf.com

1Sources