EN

Ağsuda zəlzələ olub




Yerli vaxtla saat 01:52-də Pirqulu stansiyasından 13 km cənubda, Ağsu rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb.

Newscenter.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata əsasən, zəlzələ 3 bal gücündə hiss olunub. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Anar
Chosen
29
15
newscenter.az

10Sources