EN

ÇL: İki komandanın pley off mərhələsindən kənarda qalacağı dəqiqləşib

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən gecə Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində keçirilən 9 oyundan sonra Avropanın ən mötəbər turnirində pley-off şansını itirən 2 komanda müəyyənləşib. Sport24.az xəbər verir ki, "Ayaks"a 1:2 hesabı ilə uduzan "Vilyarreal"ın pley-off mərhələsindən kənarda qalacağı dəqiqləşib.

İspaniya təmsilçisi ilə yanaşı, dünən "Brügge"yə (4-1) məğlub olan "Kayrat"ın da pley-offa vəsiqə qazana bilməyəcəyi məlumdur. Qazaxıstan komandası, "sarı sualtı qayıq" kimi, yeddi oyundan sonra bir xala malikdir.

Qeyd edək ki, digər klubların turnirin Liqa mərhələsindən sonra ilk "24-lüy"ə yüksəlmək üçün nəzəri şansları var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
sport24.az

1Sources