
ABŞ Prezidenti Donald Trampı Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) aparan təyyarə texniki nasazlıq səbəbindən ABŞ-yə qayıtmaq məcburiyyətində qalıb.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levit bu barədə açıqlama yayıb.
"Birinci Hərbi Hava Qüvvələri təyyarəsi Endryus Birgə Bazasına eniş edib",-açıqlamada deyilir.
Kerolin Levitin sözlərinə görə, Prezident təyyarəsində "kiçik elektrik problemi" aşkar edilib.
Təyyarəni dəyişdirdikdən sonra Amerika lideri Davosa səfər edəcək.
İlahə Qənbərli
Missiya.Az