AZ

Trampın Davosa uçduğu təyyarə nasazlıq səbəbindən ABŞ-yə qayıdıb

ABŞ Prezidenti Donald Trampı Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) aparan təyyarə texniki nasazlıq səbəbindən ABŞ-yə qayıtmaq məcburiyyətində qalıb.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levit bu barədə açıqlama yayıb.

"Birinci Hərbi Hava Qüvvələri təyyarəsi Endryus Birgə Bazasına eniş edib",-açıqlamada deyilir.

Kerolin Levitin sözlərinə görə, Prezident təyyarəsində "kiçik elektrik problemi" aşkar edilib.

Təyyarəni dəyişdirdikdən sonra Amerika lideri Davosa səfər edəcək.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
65
missiya.az

1Mənbələr