EN

Klub prezidenti forma yerinə uşağın alnına imzanı atdı - VİDEO

“Fənərbaxça”nın prezidenti Sadettin Saranın Alanyaya səfəri zamanı azyaşlının alnına imza atması müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, Alanyada məktəblərdən birində kitabxana açılışında iştirak edən Sadettin Saran şagirdlərin böyük marağı ilə qarşılaşıb.

Görüş zamanı uşaqlardan biri klub prezidentindən formasına imza atmasını xahiş edib. Lakin Saran gözlənilməz hərəkət edərək imzanı formaya deyil, şagirdin alnına atıb.

Həmin görüntüləri təqdim edirik:

Chosen
166
sportinfo.az

1Sources