EN

AİB Azərbaycanın iştirakı ilə karbonsuzlaşdırma üzrə regional layihənin təsdiqənəcəyi tarixini açıqladı

Bakı. Trend:

Asiya İnkişaf Bankının (AİB) sənədlərinə əsasən, AİB 4 fevral2026-cı il tarixini “Çətin dekarbonizasiya olunan sənaye və dənizsektorlarının karbonsuzlaşdırılması” adlı regional texniki yardımlayihəsinin Azərbaycan, Hindistan, İndoneziya, Filippin,Türkmənistan və Özbəkistanın iştirakı ilə təsdiqlənməsi tarixiolaraq elan edib.

Trend bu barədəAİB-ə istinadən xəbər verir.

Layihə 2,25 milyon ABŞ dolları həcmində texniki yardım vəsaitihesabına maliyyələşdiriləcək. Bu məbləğə Texniki Yardım üzrə XüsusiFonddan 500 min dollar, “Ağıllı enerji” sahəsində İnnovasiyaFondundan 1 milyon dollar və İspaniya Texniki Yardım ƏməkdaşlıqFondundan 750 min dollar daxildir.

Texniki yardım inkişaf etməkdə olan iştirakçı ölkələrə ParisSazişinin məqsədlərinə uyğun olaraq çətin dekarbonizasiya olunansektorların sürətli karbonsuzlaşdırılmasına dəstək göstərməyəyönəlib. Eyni zamanda, əlçatan, etibarlı və bərabər enerjixidmətlərinə çıxış təmin olunmaqla ədalətli və inklüziv keçiddəstəklənəcək.

AİB bildirir ki, yardım əsasən ilkin mərhələdə analitik işlərinaparılmasına və bir sıra ölkələrdə layihə portfellərininformalaşdırılmasına, daha inkişaf etmiş və az inkişaf etmişiqtisadiyyatlar arasında bilik mübadiləsinə, xüsusilə sement,polad, gübrə, neft-kimya və dəniz nəqliyyatı kimi sahələrdəregional əməkdaşlığın gücləndirilməsinə yönələcək. Bu kimisahələrdə regional və qlobal standartlar həlledici əhəmiyyətdaşıyır.

Layihə iştirakçı ölkələrə sektor və ölkə üzrəqiymətləndirmələrin aparılması, yeni biznes modellərinin vətexniki-iqtisadi əsaslandırmaların hazırlanması, işçi görüşlərininvə siyasət dialoqlarının təşkili, karbonsuzlaşdırma texnologiyalarısahəsində institusional potensialın gücləndirilməsi, həmçinin AİBvə digər inkişaf tərəfdaşları tərəfindən mümkün maliyyələşdirməüçün pilot və investisiya layihə portfellərinin yaradılmasıvasitəsilə dəstək göstərəcək.

Gözlənilən nəticələrə seçilmiş çətin dekarbonizasiya olunansektorlar üzrə karbonsuzlaşdırma ilə bağlı yol xəritələrininhazırlanması, sənaye və dəniz fəaliyyəti sahələrində enerjisəmərəliliyinin artırılması üçün sektor üzrə rəqəmsal həllərintətbiqi, eləcə də regionun əsas maraqlı tərəfləri arasındainstitusional potensialın gücləndirilməsi daxildir.

Məqalədə:
Chosen
34
1
az.trend.az

2Sources