BAKI, 21 yanvar. TELEQRAF
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Bəşirov Elməddin Əsgər oğlu Qarabağ Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib.
Bu barədə Teleqraf-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Elməddin Bəşirov 1981-ci ildə Neftçala rayonunda anadan olub.Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 2003-cü ildə Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində coğrafiya müəllimi kimi başlamış, 2009–2023-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2023–2025-ci illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində çalışıb.