EN

Azərbaycanda çoxnikahlılıq qəbul ediləcək? - RƏSMİ

Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipinin Azərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılan polemikalar ciddi narahatlıq doğurur. Bu cür yanaşmalar zahirən ictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan Respublikasının ailə siyasətinin təməlini təşkil edən fundamental hüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığın normallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır.

Bu barədəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qəti şəkildə bildirir ki, “bir nikah prinsipi” Azərbaycan Respublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətin ailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır. Bu normanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqi dövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutunun mahiyyətinin deformasiyasına xidmət edir.

Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimai sabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.

Yadda saxlamaq lazımdır ki, "bir nikah prinsipi"nin sorğulanması qadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onların ailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır.

Chosen
130
6
aznews.az

7Sources