EN

Binəqədidə ev yanıb: 3 nəfər təxliyə olunub

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"

Chosen
78
11
cebheinfo.az

10Sources