EN

Kilian Mbappe Ronaldunun rekordunu yenilədi

Kilian Mbappe dünən "Monako"ya qarşı (6:1) keçirilən oyunda iki qol vurmaqla Kriştianu Ronaldunun rekordunu yeniləyib.
 
Moderator.az "Opta Sport"a istinadən xəbər verir ki, fransalı hücumçu bu mövsüm UEFA Çempionlar Liqasında 11 dəfə rəqib qapılarına yol tapıb.
 
O bununla turnirin qrup və ya liqa mərhələsində ən çox qol vuran oyunçu rekordunu təkrarlayıb. Ronaldu UEFA Çempionlar Liqasının 2015/2016 mövsümünün qrup mərhələsində 11 qola imza atmışdı.
 
Qeyd edək ki, K.Mbappe cari mövsüm "Real Madrid"in heyətində meydana çıxdığı 26 oyunda 30 dəfə fərqlənməyi bacarıb.
 
Chosen
68
moderator.az

1Sources