EN

Trampın əldə etdiyi 365 “qələbə” siyahısında Azərbaycan və Ermənistanın da adı var

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın hakimiyyətdə olduğu 365 gün ərzində əldə etdiyi 365 “qələbənin” siyahısını dərc edib.Bizim.Media xəbər verir ki, siyahıda 143-cü “qələbə” kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması qeyd edilib.

 

Bundan əlavə, 149-cu bənddə ABŞ-ın dəstəyi ilə Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılmasına yönəlmiş, atəşkəs üçün məcburi icra müddətləri və bərpa təşviqlərini nəzərdə tutan çərçivə proqramının yaradılması da Tramp administrasiyasının nailiyyəti kimi göstərilib.

Qeyd edək ki, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüşdə İlham Əliyev və Nikol Paşinyan arasında Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasını nəzərdə tutan bəyannamə qəbul olunmuşdu.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
bizim.media

2Sources