EN

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

Saglamolun saytına istinadən ain.az xəbər verir.

YUXU, YEMƏK VƏ HƏRƏKƏTGündəlik həyatda edilən çox kiçik dəyişikliklər insan ömrünü uzada bilər. “The Lancet” jurnalında dərc olunan 2 yeni araşdırmaya görə, cəmi 5 dəqiqə əlavə fiziki aktivlik, daha az oturaq həyat tərzi və yuxu rejimində düzəlişlər ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.Tədqiqatlar göstərib ki, gündə 5 dəqiqə orta tempdə yerimək belə ümumi ölüm riskini təxminən 10 faiz azaldır. Fiziki aktivliyin on dəqiqəyə çatdırılması bu göstəricini 15 faizə qədər yüksəldə bilər. Az hərəkətli insanlar üçün isə əlavə 5 dəqiqə aktivlik ölüm riskinin 6 faiz azalması ilə əlaqələndirilib. Bundan əlavə, gündəlik oturaq vaxtın 30–60 dəqiqə azaldılması da ölüm hallarının 7–13 faiz azalmasına kömək edir.Araşdırma Norveç, İsveç, ABŞ və Böyük Britaniyada 135 mindən çox insanın 8 il ərzində izlənməsi əsasında aparılıb. Alimlər vurğulayıb ki, bu dəyişikliklər ÜST-nin tövsiyə etdiyi yüksək aktivlik hədəflərinə çata bilməyən insanlar üçün daha real və əlçatandır.İkinci araşdırma isə yuxu və qidalanmanın roluna diqqət çəkib. Gündə əlavə 5 dəqiqə yuxu və tərəvəz qəbulu ömrü bir ilə qədər uzada bilər. Sağlam vərdişlərin birləşməsi isə ömrü doqquz ildən çox artırmaq potensialına malikdir.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
saglamolun.az

1Sources