“Fransa Prezidenti Emmanuel Makron əvvəllər Parisə dəvət etdiyi ABŞ lideri Donald Trampla ikitərəfli görüş barədə razılığa gələ bilmədikdən sonra yanvarın 20-də İsveçrənin Davos şəhərindən ayrılıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Makron Trampı Parisə dəvət etməsinə baxmayaraq, Davosdan təkbətək görüşə razılıq vermədən ayrıldı”, – deyə yazıda bildirilib.
Daha əvvəl Tramp Parisə səfərini ləğv etməklə yanaşı Makronun ona göndərdiyi şəxsi mesajı yaymışdı.
Xatırladaq ki, bu il Davos forumu yanvarın 19-da başlayıb və ayın 23-dək davam edəcək.
(oxu.az)