EN

Avropa İttifaqı bu tarixdə növbədənkənar zirvə toplantısı keçirəcək

Bakı. Trend:

Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta Avropanıniqtisadi problemlərinin müzakirəsi üçün fevralın 12-ə növbətinövbədənkənar zirvə-toplantısı elan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Mövcud geosiyasi şəraitdə Avropa İttifaqının vahid bazırınınbütün potensialından ən yaxşı şəkildə istifadənin yollarınımüzakirə etmək məqsədilə, Avropa liderlərini 12 fevral tarixindəstrateji beyin fırtınası sessiyasına toplayacağam”, – deyə o,Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib.

Koştanın sözlərinə görə, bu sammitdə iştirakçılar tərəfindənmüzakirə olunacaq mövzular arasında bürokratiyanın azaldılması,Aİ-də biznesin inkişafı üçün şərtlərin sadələşdirilməsi, enerjiqiymətlərinin aşağı salınması, Avropa İttifaqı daxilində kapitalaxınının sadələşdirilməsi və sosial şəbəkələr və rəqəmsal məkanın,o cümlədən “rəqəmsal oligarxlara” qarşı tədbirlərin gücləndirilməsiyer alır.

Məqalədə:
Chosen
87
az.trend.az

1Sources