EN

Tramp köməkçilərinə İrana qarşı hərbi əməliyyatlar hazırlamağı tapşırıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar üçün yeni variantları nəzərdən keçirir və köməkçilərinə bu cür təkliflər irəli sürməyi tapşırıb.

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ötən həftə Tramp İrana zərbə endirməkdən imtina etdi, lakin köməkçilərinin daha həlledici hərbi variantlar təqdim etməsində israr etməyə davam edir.

Məlumata görə, Amerika lideri Pentaqon və Ağ Evdəki köməkçilərinə İranda rejim dəyişikliyinə yönəlmiş bir sıra hərbi variantlar hazırlamağı tapşırıb.

Qeyd olunub ki, bu fonda ABŞ Yaxın Şərqə təyyarədaşıyan gəmi və F-15E qırıcı təyyarələri göndərir ki, bu da daha böyük başlanğıc ola bilər.

Daşqın HəsənovMissiya.Az

Chosen
41
missiya.az

1Sources