EN

Azərbaycan qlobal infrastruktur platformasında: ARDNF–BlackRock–GIP əməkdaşlığının strateji konturları

Bakı. Trend:

Qlobal iqtisadiyyatın yeni mərhələsində suveren investisiyafondlarının rolu təkcə maliyyə gəlirliliyinin təmin edilməsi iləməhdudlaşmır. Bu fondlar artıq ölkələrin uzunmüddətli geoiqtisadimövqelərinin möhkəmləndirilməsində, texnoloji transformasiyanınsürətləndirilməsində və regional inteqrasiya proseslərində aktivalətə çevrilir.

Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF)Davosda dünyanın ən böyük aktiv idarəetmə platforması olan“BlackRock” və onun infrastruktur investisiyaları üzrəixtisaslaşmış törəmə qurumu “Global Infrastructure Partners” (GIP)ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətini rəsmiləşdirməsiölkənin investisiya və inkişaf strategiyasında yeni mərhələninbaşlanğıcı kimi qiymətləndirilə bilər.

İnstitusional tərəfdaşlıqdan stratejisinerjiyə

ARDNF-nin bu təşəbbüsü ilk növbədə Azərbaycanın qlobal maliyyəvə infrastruktur ekosistemində etibarlı tərəfdaş kimi mövqeyininmöhkəmləndirilməsinə xidmət edir. Davos İqtisadi Forumuçərçivəsində rəsmiləşdirilən əməkdaşlıq niyyəti yalnız portfeldiversifikasiyası məqsədi daşımır, eyni zamanda ölkəyə beynəlxalqsəviyyədə sınaqdan çıxmış idarəetmə modelləri, risklərinbölüşdürülməsi mexanizmləri və əməliyyat standartlarının transferiüçün institusional platforma yaradır.

İmzalanmış niyyət sənədinə əsasən, yaxın 3–4 il ərzində ümumihəcmi 1,5 milyard ABŞ dollarınadək olan infrastruktur yönümlüinvestisiya və birgə layihə imkanlarının araşdırılmasıplanlaşdırılır. Bu, ARDNF tarixində infrastruktur seqmentində ənsistemli və məqsədyönlü tərəfdaşlıq formatlarından biri hesab olunabilər.

Rəqəmsal infrastruktur və süni intellekt: yeniprioritetlər

Əməkdaşlıq çərçivəsində xüsusi diqqət ayrılan sahələrdən biriregional miqyasda fəaliyyət göstərə biləcək məlumat mərkəzləri vəsüni intellekt tələbatına uyğun rəqəmsal infrastrukturunformalaşdırılmasıdır. Qlobal trendlər göstərir ki, süni intellekttexnologiyalarının sürətli inkişafı məlumat emalı gücünə və yüksəketibarlı “data-center” şəbəkələrinə tələbatı kəskin artırır.“International Energy Agency”nin (IEA) hesabatına görə, 2030-cu iləqədər məlumat mərkəzlərinin qlobal enerji istehlakında payının 2dəfədən çox artacağı proqnozlaşdırılır.

Azərbaycanın coğrafi mövqeyi, enerji resursları və regionalnəqliyyat-kommunikasiya dəhlizləri bu ölkəni Cənubi Qafqaz və Xəzərhövzəsində rəqəmsal qovşağa çevirmək üçün real imkanlar yaradır.ARDNF-nin “GIP” vasitəsilə bu sahədə qlobal təcrübəyə çıxış əldəetməsi ölkədə formalaşacaq infrastrukturun yalnız daxili bazaradeyil, Orta Asiya, Yaxın Şərq və Şərqi Avropa regionlarına xidmətgöstərməsinə imkan verə bilər. Bu isə Azərbaycanın qeyri-neftsektorunda ixrac potensialının struktur baxımından genişlənməsideməkdir.

Hava limanı infrastrukturu: əməliyyat səmərəliliyivə beynəlxalq standartlar

Strateji əməkdaşlıq paketində yer alan digər mühüm istiqamətbeynəlxalq hava limanı infrastrukturu üzrə təcrübə mübadiləsidir.“GIP” portfelində London Qatvik və Edinburq kimi iri havalimanlarının yer alması şirkətin bu sahədə təkcə maliyyə investorudeyil, həm də əməliyyat və idarəetmə üzrə dərin ekspertizadaşıyıcısı olduğunu göstərir.

Azərbaycan son illərdə hava nəqliyyatı və logistika sahəsindəmühüm investisiyalar həyata keçirib. Dövlət Statistika Komitəsininməlumatına əsasən, 2015–2024-cü illər ərzində ölkənin havalimanları vasitəsilə daşınan sərnişinlərin sayı təxminən iki dəfəartıb. Bu artım fonunda beynəlxalq səviyyədə sınaqdan keçmişidarəetmə modellərinin tətbiqi xidmət keyfiyyətinin yüksəldilməsi,tranzit potensialının artırılması və regional aviasiya mərkəzistatusunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətdaşıyır.

İşçi qrupları və texniki dialoq: institusionaldərinləşmə

Sənəd çərçivəsində sahəvi işçi qruplarının yaradılması,qarşılıqlı səfərlərin təşkili, texniki sessiyaların və ekspertmüzakirələrinin keçirilməsi nəzərdə tutulur. Bu mexanizməməkdaşlığın formal çərçivədən çıxaraq real layihə mərhələsinəkeçməsini təmin edən əsas alətlərdən biridir. Beynəlxalq təcrübəgöstərir ki, məhz bu tip institusional dialoq platformalarıinvestisiya risklərinin erkən mərhələdə müəyyənləşdirilməsinə vəqərar qəbuletmə proseslərinin sürətləndirilməsinə imkanyaradır.

ARDNF üçün bu format eyni zamanda yerli kadr potensialınınbeynəlxalq bilik və təcrübə ilə zənginləşdirilməsi baxımından daəhəmiyyətlidir. Suveren fondların fəaliyyəti üzrə BeynəlxalqForumun (IFSWF) tövsiyələrinə əsasən, insan kapitalına yönəlmiş bucür əməkdaşlıqlar uzunmüddətli institusional dayanıqlığın əsasşərtlərindən biri hesab olunur.

“BlackRock” və “GIP”: qlobal miqyas və kapitalgücü

“BlackRock” bu gün aktivlərin idarə edilməsi sahəsində qloballider kimi çıxış edir. Şirkətin 2025-ci ilin sonuna idarə etdiyiaktivlərin həcminin 14 trilyon ABŞ dollarına çatması onun dünyamaliyyə bazarlarında sistemyaradıcı aktor statusunu təsdiqləyir. 38ölkədə fəaliyyət göstərən 128 ofis və 21 mindən artıq əməkdaşdanibarət əməliyyat şəbəkəsi iri həcmli institusional layihələrinvahid standartlar əsasında icrasına imkan verir.

“GIP”-in 2024-cü ilin oktyabrında “BlackRock” tərəfindən satınalınması isə infrastruktur investisiyaları sahəsində daha güclü vəinteqrasiya olunmuş platformanın formalaşmasına gətirib çıxarıb.Xüsusilə rəqəmsal infrastruktur, enerji şəbəkələri və nəqliyyataktivləri üzrə “GIP”in əməliyyat mərhələsinə fokuslanan yanaşmasıuzunmüddətli dayanıqlı gəlirlilik baxımından mühüm üstünlükyaradır.

Regional mərkəzə doğru institusionaladdım

ARDNF-nin “BlackRock” və “GIP” ilə qurduğu strateji əməkdaşlıqAzərbaycanın təkcə investor kimi deyil, həm də regional rəqəmsal vəinfrastruktur mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə xidmətedir. Bu tərəfdaşlıq beynəlxalq əməliyyat standartlarının tətbiqi,qabaqcıl idarəetmə modellərinin transferi və uzunmüddətliinstitusional dayanıqlığın təmin edilməsi baxımından ölkə üçün yeniimkanlar açır.

Nəticə etibarilə, sözügedən əməkdaşlıq Azərbaycanın qlobalkapital axınlarında passiv iştirakçıdan aktiv platforma qurucusunaçevrilməsi istiqamətində atılmış mühüm strateji addım kimiqiymətləndirilə bilər. Bu isə ölkənin post-neft dövründə iqtisadimodelinin əsas dayaqlarından birinə çevrilmək potensialınamalikdir.

Məqalədə:
Chosen
36
1
az.trend.az

2Sources