EN

Davosda Trampa qarşı alovlu ETİRAZ: Dağda “No Kings” YAZILDI – FOTO

Davosda bir dağda Trampa qarşı məşəllər yandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb. Davos ətrafında ABŞ Prezidenti Donald Trampa qarşı etiraz aksiyası keçirilib.

Bu gün 10-a yaxın şəxs Qrüniberq dağına qalxaraq 450 məşəl yandırıb və onlardan “No Kings” (Krallar yoxdur) sözlərini düzəldib.

Aksiyaçılar zirvənin ətəyində əvvəlcədən xüsusi sahə hazırlayıb və məşəlləri elə düzüblər ki, şüar uzaq məsafədən aydın oxuna bilsin.

Aksiya dünya liderlərinin və biznes nümayəndələrinin toplaşdığı Ümumdünya İqtisadi Forumu fonunda baş tutub.

Qeyd edək ki, “No Kings” şüarı ABŞ-dəki eyniadlı etiraz hərəkatına istinad edir.

Xatırladaq ki, 2025-ci ildə milyonlarla amerikalı bu şüar altında ölkə daxilində aksiyalara çıxaraq Trampı avtoritar idarəçilikdə və hakimiyyəti təkbaşına ələ almaqda ittiham etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
16
interpress.az

1Sources