EN

Murad Abdullayev: “SOCAR Karbamid” Azərbaycanda və Orta Asiyada “Rəqəmsal mayak” mükafatına layiq görülən ilk zavoddur

Davos, 21 yanvar, AZƏRTAC

SOCAR üçüncü dəfədir ki, “Rəqəmsal mayak” mükafatına layiq görülür. “SOCAR Karbamid” isə Azərbaycanda və Orta Asiya bölgəsində bu mükafata layiq görülən ilk zavoddur. Mükafatın əhəmiyyətinə gəlincə, bu, SOCAR-da sistematik rəqəmsal transformasiyanın doğru istiqamətdə getməsinin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev deyib.

Şirkətin perspektiv layihələri barədə danışan M.Abdullayev bildirib ki, SOCAR-ın rəqəmsal transformasiyası strateji hədəflərə əsaslanan yanaşma sayəsində həm şirkət daxilində səmərəliliyi artırır, həm də ölkə üzrə insan kapitalının və yerli ekosistemin inkişafına töhfə verir.

“Sistematik rəqəmsal transformasiyanın bu qədər yaxşı nəticələr əldə etməsinin səbəbi odur ki, biz transformasiyanı məhz hansısa bir layihəni və ya texnologiyanı tətbiq etmək üçün deyil, şirkətin strategiyasına, hədəflərinə uyğun şəkildə həyata keçiririk. Həmin strateji hədəflərimiz də səmərəliliyin artırılması, yaşıl enerjiyə keçid və insanların “up-skilling” texnologiyalarından istifadə etmə bacarığının artırılmasıdır. SOCAR-dakı bu transformasiyalar ölkəmiz üçün də böyük əhəmiyyət kəsb edir”, - deyə M.Abdullayev vurğulayıb.

Qeyd edək ki, “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.

Chosen
63
azertag.az

1Sources