EN

Tanınmış üzgüçünün cəsədi TAPILDI

Ajans.az xəbər verir ki, Qalina Sveçnikova RİA Novosti-yə açıqlamasında bildirib ki, tapılan kişi hidrokostyum geyinib və ilkin baxışdan oğluna oxşayır, lakin şəxsiyyətin təsdiqi üçün DNT testi aparılacaq. Nikolay Sveçnikov ötən ilin avqust ayında Bosford üzgüçülük yarışında itkin düşmüşdü. 29 yaşlı idmançı yaxşı təlim keçmiş, məşqçilik fəaliyyəti olan və üzgüçülük üzrə idman ustası namizədi idi. Mütəxəssislər hesab edirlər ki, sualtı cərəyan onun faciəyə uğramasına səbəb ola bilərdi. Qeyd edək ki, hazırda Nikolay Sveçnikovun cəsədinin şəxsiyyəti rəsmi olaraq DNT testi ilə təsdiqlənəcək.

 

Chosen
99
Ajans.az

1Sources