EN

"Azərbaycan “Sülh Şurası”ndan kənarda qala bilməz" Politoloq

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “Sülh Şurası”na qoşulması qərarı doğrudur”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, təklifin qəbul olunmasının bir neçə səbəbi var:

“Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, “Sülh Şurası”na üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı.

İkincisi, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz bölgənin yenidən qurulması prosesində iştirakdan imtina etməyib.

Üçüncüsü, Donald Tramp “Sülh Şurası”nın Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası “Sülh Şurası”nın gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan super dövlət statusuna malik olan ABŞ-nin dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşması prosesindən kənarda qalmamalıdır:

“Dördüncüsü, Ermənistan Trampın “Sülh Şurası”na üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək lüksü yox idi. Digər tərəfdən Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər”.

Yasəmən,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
www.bakupost.az

6Sources