AZ

Azərbaycan Trampın dəvətinə niyə razılıq verdi? - Dörd əsas səbəb BUNLARDIR

“Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Sülh Şurasına qoşulması qərarı doğrudur”.

“Yeni Sabah”ın xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bunun bir neçə səbəbi var və dörd əsas başlıca səbəbi aşağıdakı kimidir:

“Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, Sülh Şurasına üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı.

İkincisi, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib.

Üçüncüsü, Donald Tramp Sülh Şurasının Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası adıçəkilən şuranın gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan ABŞ-ın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşması prosesindən kənarda qalmamalıdır.

Dördüncüsü, Ermənistan Trampın Sülh Şurasına üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək lüksü yox idi. Digər tərəfdən Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
29
1
yenisabah.az

6Mənbələr