2025-ci ildə Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 130,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilə nisbətən 3,7 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 13,6 milyon ABŞ dolları ixracın, 116,5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,4 % azalıb, idxal isə 1,4 % artıb.
Son nəticədə xarici ticarətdə 102,9 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 1,3 % azdır.
Xatırladaq ki, ötən il Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, 2024-cü ilə nisbətən 3,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.
Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır.