EN

Yaşlı qadınların sevimli ölkəsi: Pul qarşılığında gənc oğlanlarla intim

Türkiyəli səyahət bloqeri Çağatay Özdemir sosial şəbəkədə etdiyi paylaşımla geniş rezonans doğurub.

Publika.az xəbər verir ki, o, Qərb ölkələrindən, xüsusilə Avropadan olan yaşlı qadınların Qambiyaya səfər edərək, pul qarşılığında gənc və idmançı oğlanlarla intim münasibət qurduqlarını iddia edib.

Özdemirin sözlərinə görə, 60-65 yaşdan yuxarı qadınlar bu məqsədlə ölkəyə gəlir, hətta 70-75 yaşlı qadınların 25-30 yaşlı qambiyalı kişilərlə evləndiyi hallar da müşahidə olunur. Evlilik baş verməsə belə, həmin kişilərə ayda bir neçə yüz avro göndərildiyi, qadınların isə il ərzində bir neçə dəfə Qambiyaya səfər etdiyi iddia edilir.

O əlavə edib ki, keçmişdə bu torpaqlardan talanmış sərvətlər hesabına varlanan Avropa ölkələrinin vətəndaşları, bu gün həmin pullarla yoxsul ölkələrdə insanlardan müxtəlif formalarda istifadə edirlər.

Chosen
41
2
publika.az

10Sources