ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ad günü etmirik. Bizdə qayda var, ad gününü evdə etməliyik. Bütün övladlarım bir araya gəlir, bişirir, hər şey edir. Gedim restoran tutum, beş adam yığım ki, gəlin, ad günümdü. Camaata toya çağrılanda belə pul tapmır. Niyə adamları çağırım? Deyəcəklər, acından ölürsən? Çağrılanda gedirəm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Qonaqcanlı" verilişində deyib. Müğənni böyük ad günü edən sənət adamlarını sənqid edib. O bildirib ki, böyük məclis etməyi özünə yaraşdırmır:
"Nəvələrimə kiçik toy belə etmədim. Evdə məclis etdik, üç övladım öz arasında bölüşür, kirvə də özləridir. "Nəvəmə toy edirəm, gəlin" - mənə çatmır bunlar".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.