AZ

Ad günü məclisləri şəxsi sevincin bölüşülməsi olmaqdan çoxdan çıxıb Sosioloq

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Son günlər ölkədə dəbdə olan mövzulardan biri də dəbdəbəli ad günü keçirməkdir. Siravi vətandaşlardan tutmuş şou-biznes adamlarında qədər bir çox kəs özünə toy kimi ad günü edir.

Maraqlıdır, buna səbəb "pul çoxluğu"dur, yoxsa nə?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən sosioloq Yusif Nəbiyev bildirdi ki, Azərbaycanda bir müddətdir dəbə minmiş bu dəbdəbəli ad günləri fenomeni sadəcə “pul çoxdur”la izah oluna bilməz:

"Bu daha çox status və güc nümayişidir. Buna sosiologiya terminologiyası ilə "göstərişli istehlak" deyirlər. Yəni insanlar bu tip istehlakı ehtiyacları üçün yox, görünmək, fərqlənmək və sosial iyerarxiyada öz üstünlüyünü, "hündürdəki" yerini göstərmək üçün edirlər. Bu yöndən baxanda ad günü məclisləri şəxsi sevinc və şadyanalığın bölüşülməsi olmaqdan çoxdan çıxıb. Kim nə qədər xərclədi, kim kimləri çağırdı, kim məclisini hansı məkanda etdi, indi əsas suallar bunlardır". 

Müsahibimiz əlavə etdi ki, bir qisim yüksək təbəqə mənsubları üçün isə bu tədbirlər təkcə quru göstərişdən ibarət deyil, həm də simvolik kapital toplama metodudur:

"Bildiyimiz kimi, insan öz həyatı müddətində təkcə pul yığmır, nüfuz, əlaqə və görünürlük də yığır. Şou-biznes aləmi, işgüzar çevrələr, yuxarı bürokratik dairələrdə və hətta bəzən adi sosial mühitlərdə ad günü həm də "mən buradayam", "hələ ayaqdayam", "hələ də xoşbəxtəm və üzüm gülür", "baxın, ətrafımda nə qədər məşhur, güclü insanlar var!" deməyin bir formasıdır. Bir sözlə, bu tip məclislər sosial mövcudluğun sübutu üçündür. Aşağı təbəqənin nümayəndələri üçün isə bu tip məclislər həm də tək-tük əlçatan "lüks" davranışlardandır. Bu tendensiyanın artan templə davam etməsi eyni zamanda cəmiyyətdə qeyri-müəyyənliyin artdığını da göstərir. Sabitlik azaldıqca insanlar xüsusən, kasıb təbəqə, gələcəyi yox, bu günü yaşamağa və yaşadığını da nümayiş etdirməyə meyillənir. Məclisin miqyası böyüdükcə, sanki, əslində, fərdi təhlükəsizlik hissinin nə qədər kövrək olduğu ortaya çıxır".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
50
redaktor.az

10Mənbələr