EN

Hər 5 nəfərdən biri bu vəziyyətdədir Bahalaşma olacaq

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son dövrlərdə Bakı və digər böyük şəhərlərdə kirayə bazarında qiymət artımı müşahidə olunur. Rəsmi statistika və daşınmaz əmlak ekspertlərinin məlumatına görə, tələbin yüksək olması, tikinti xərclərinin artması və əhalinin mərkəzə köçü kirayə qiymətlərinə təsir göstərir.Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, urbanizasiya artıq təkcə demoqrafik deyil, eyni zamanda ciddi sosial problem kimi qiymətləndirilə bilər:“Kənd və rayon əhalisinin böyük şəhərlərə kütləvi axını bunun əsas göstəricilərindəndir. Bu prosesin nəticəsində regionlarda iş yerlərinin sayı azalır, şəhərlərdə isə, xüsusilə paytaxt Bakı şəhərində əhali sıxlığı sürətlə artır. Əhalinin kompakt yerləşməsi və yaşayış üçün kirayə evlərə tələbatın artması ciddi problemlər yaradır. Bu sahədə hələlik sistemli və effektiv tədbirlər planı həyata keçirilmir. Orta hesabla əhalinin 18–19 faizi Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərdə yaşayır. Bu isə qiymət artımı, yaşayış şəraitinin standartlara uyğun olmaması kimi problemlərlə müşayiət olunur. Xüsusilə qış mövsümündə regionlardan böyük şəhərlərə müvəqqəti miqrasiya daha da artır. Bunun əsas səbəbi kənd və qəsəbələrdə iş yerlərinin olmaması, kənd təsərrüfatının zəif inkişafı və iqtisadi fəallığın aşağı səviyyədə qalmasıdır”. O deyib ki, insanlar dolanışıq məqsədilə müvəqqəti olaraq Bakı və digər iri şəhərlərə üz tuturlar:“Bu da urbanizasiya problemini daha da dərinləşdirir. Ona görə də bu ildən bəzi ərazilərdə pilot layihələrin həyata keçirilməsi gözlənilir. Hazırda kirayə mənzil bazarında ciddi qıtlıq müşahidə olunur. Məhz bu qıtlıq fonunda pilot layihələr icra edildikdə, birdən-birə böyük sayda ehtiyacı olan şəxslər bazara daxil olur. Təkliflərin tamamilə az olmamasına baxmayaraq, mövcud qiymətlər bazarın real imkanlarına və əhalinin alıcılıq qabiliyyətinə uyğun deyil. Bu isə kirayə bazarında gərginliyi daha da artırır”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
demokrat.az

1Sources