EN

Çətir tutmaq işdən çıxarılma səbəbi ola bilməz – yanaşma suallar doğurur » AzadMedia.az


20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin Şəhidlər xiyabanını ziyarəti zamanı baş verən bir epizod sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
SAVASHMEDIA.az-ın məlumatına görə, ziyarət zamanı AMEA əməkdaşlarından birinin akademik İsa Həbibbəyliyə çətir tutması birmənalı qarşılanmayıb. CityPost.az saytının yazdığına əsasən, həmin əməkdaşın bu hadisədən sonra işdən çıxarıldığı iddia olunur.
Məsələnin mahiyyəti isə cəmiyyətdə ciddi suallar doğurur. Dövlət tədbiri zamanı yağışlı hava şəraitində rəhbər şəxsə çətir tutulması nə etik, nə hüquqi, nə də peşə baxımından pozuntu hesab edilə bilməz. Əksinə, bu, bir çox rəsmi protokol və tədbirlərdə adi, hətta normal qəbul edilən davranışdır.
Əgər iddia edildiyi kimi, sözügedən şəxs doğrudan da bu səbəbdən işdən azad edilibsə, bu yanaşma əmək münasibətlərinin mahiyyətinə, eləcə də dövlət qurumlarında formalaşdırılmalı olan sağlam idarəçilik prinsiplərinə zidd görünür. Bir epizodun sosial şəbəkələrdə yanlış interpretasiyası əsasında insanın işsiz qalması nə ədalətli, nə də ölçülüb-biçilmiş qərar təsiri bağışlayır.
Cəmiyyət haqlı olaraq sual edir: texniki və ya protokol xarakterli bir davranış bu qədər ağır nəticəyə səbəb ola bilərmi? Yoxsa problem hadisənin özündə deyil, ona verilən emosional və tələsik reaksiyadadır?
Chosen
145
1
azadmedia.az

2Sources