EN

Naxçıvanda kənd təsərrüfatı istehsalı 3 faizə yaxın azalıb

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 402,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

525.az xəbər verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,8 % azdır.

Ötən il muxtar respublikada istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 223,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 179,2 milyon manat təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 14 milyard 189,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu, 2024-cü ilə nisbətən 0,9 % çoxdur.

Ötən il ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 1,5 % artaraq 6 milyard 748,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % artaraq 7 milyard 441 milyon manat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
525.az

1Sources