“Oliva beauty style”ın fəaliyyət göstərdiyi klinikanın əşyaları müsadirə olunub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət Bakının Əhməd Cavad 76 ünvanında yerləşən obyektin əşyalarından gedir.
Qeyd edək ki, “Oliva beauty style”ın direktoru, həkim kosmetoloq Gülarə Zeynalovadır. Əşyaların hansı səbəbdən hərraca çıxarıldığı bəlli deyil.
Hərraca çıxarılan əşyalar arasında mebel dəstləri, məişət avadanlığı, eyni zamanda tibbi cihazlar var. Müsadirə olunan əşyaların ümumi dəyəri 100 min manat civarındadır.