EN

"Roma" bu futbolçunu vaxtından əvvəl qaytardı

Yazını böyüt
Yazını kiçilt

"Roma" "Aston Villa"dan icarrəyə götürdüyü Leon Beylini geri qaytarıb.

Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi yamaykalı vingerin icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib..

Beylinin performansı İtaliya klubunun məşqçilər korpusunu razı salmayıb. 28 yaşlı futbolçu "Aston Villa"nın düşərgəsinə qayıdıb.

Qeyd edək ki, "Roma" Leon Beylini mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü. Yamayka millisinin üzvü "canavarlar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol ötürməsi edib.

Chosen
53
2
hafta.az

3Sources