EN

“Amerika çiçəklənəndə dünya da çiçəklənir” - Tramp

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Amerika iqtisadiyyatını planetin “əsas mühərriki” adlandıraraq, ölkəsinin çiçəklənməsinin bütün dünyaya fayda verdiyini bəyan edib.

Missiya.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp forumdakı xüsusi müraciətində ABŞ-nin son bir ildə əldə etdiyi iqtisadi uğurlardan bəhs edib.

“Amerika çiçəklənəndə dünya da çiçəklənir. İşlər pis gedəndə isə bu, hamımız üçün mənfi nəticələnir. Siz bizim ardımızca gələrək yuxarı qalxırsınız”, – deyə o bildirib.

Prezident həmçinin Avropanın iqtisadi kursunu tənqid edərək, qitənin durğunluqdan qurtulmaq üçün ABŞ modelindən dərs almalı olduğunu vurğulayıb.

Xatırladaq ki, 2026-cı il Davos Forumu yanvarın 23-dək davam edəcək.

Chosen
58
4
missiya.az

5Sources