EN

Vinisius “Real”dakı gələcəyindən danışdı: Heç nə edə bilmərəm

“Real”ın cinah hücumçusu Vinisius Junior Çempionlar Liqasında “Monako”ya qarşı 6:1 hesablı qələbədən sonra azarkeşlərin ünvanına səsləndirdiyi tənqidlər (fit səsləri), Xabi Alonsonun istefası ilə bağlı vəziyyət, eləcə də klubdakı gələcəyi barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, braziliyalı ulduz “Marca” nəşrinə açıqlamasında bunları deyib:

“Tənqidlərlə bağlı heç nə edə bilmərəm. Mənim meydanda edə biləcəyim yeganə şey çıxıb sona qədər mübarizə aparmaqdır. Həmişə ən yüksək texniki səviyyədə olmaya bilərəm, amma komandam üçün hər zaman hər şeyimi vermişəm, hamının rahat oynaması üçün əlimdən gələni etmişəm. Başqalarına qol çatmayanda ötürmə verməyə çalışıram, müdafiə olunmaq lazım gələndə müdafiəyə kömək edirəm. Təbii ki, mən komandanın ən yaxşı müdafiəçisi deyiləm, bunun üçün başqa futbolçular var.

Mətbuat istədiyini yazır, azarkeşlər düşündüklərini deyir və məni tənqid etməyə haqlı olduqlarını hesab edirlər. Amma məncə, daha güclü olmağın ən yaxşı yolu evə qayıdanda burda, “Santyaqo Bernabeu”da dünyanın ən yaxşı azarkeşləri tərəfindən qarşılanmaqdır. Mən bunu hər zaman demişəm. Onlar futbolçulardan çox tələb edirlər və mən də hər an ən yaxşı formada olmalıyam.

Chosen
20
publika.az

1Sources