EN

"Everton"un futbolçusu sıradan çıxdı

style='margin-bottom:10px;'>

"Everton"un futbolçusu sıradan çıxıb.

QOL.az xəbər verir ki, Liverpul təmsilçisinin aparıcı oyunçusu Cek Qriliş uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Məşhur insayder Fabrisio Romanonun yaydığı məlumata görə, cinah hücumçusunun ayağında stres sınığı aşkarlanıb. Müayinələrin nəticəsinə əsasən, ulduz futbolçunun bərpa prosesinin təxminən 3 ay çəkəcəyi bildirilir.

Qeyd edək ki, Qriliş cari mövsüm "Everton"un heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə yadda qalıb.

Chosen
160
teleqraf.com

1Sources