EN

Azərbaycanda sabiq məmur vəfat etdi - Foto

Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib. 

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib. 

Z. Abbasəliyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib. Mərhum sabah dəfn olunacaq. 

Qeyd edək ki, Ziyad Məhəmmədəli oğlu Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub.

Moskva Ali Həmkarlar İttifaqı məktəbinin İqtisadiyyat fakültəsini bititib. 

Z.Abbasəliyev 1973-cü ildə o vaxtkı Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində iqtisadçı kimi işə başlayıb, şöbə rəsi vəzifəsində işləyib. 1984-cü ildə kadrlar və tədris mütəxəssisləri idarəsinin rəisi təyin edilib və 1996-cı ilədək həmin vəzifədə çalışıb. 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini işləyib. 

O, 1999-cu ildə Azərbaycanda əhalinin ilk siyahıya alınmasının hazırlanıb kecirilməsinə rəhbərlik edib. Əhalinin 2009-cu il siyahıya alınmasının hazırlanıb keçirilməsi də ona tapşırılmışdı.

Z. Abbasəliyev 2005-ci ildə Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. O, 2015-i ilin sonuna qədər bu vəzifədə çalışıb. 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

2015-cı ilin oktyabr ayında təqaüdə çıxıb. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri Mahir Abbasəliyev atasıdır.


Telegram kanalımız
Chosen
210
48
yenisabah.az

10Sources