EN

Prezident İlham Əliyevin Davos mesajları: Sülh və strateji sabitlik, liderliyini gücləndirən Azərbaycan

Bakı. Trend:

Prezident İlham Əliyevin Qlobal geosiyasi və iqtisadiqeyri-müəyyənliklərin dərinləşdiyi bir mərhələdə sülh anlayışıtəkcə təhlükəsizlik məsələsi deyil, dayanıqlı inkişafın əsas şərtikimi ön plana çıxır. Münaqişədən sonrakı dövrdə əldə olunanrazılaşmaların real nəticələrə çevrilməsi regionların gələcəktaleyini müəyyən edən həlledici amilə çevrilir. Bu baxımdan, CənubiQafqazda formalaşmaqda olan yeni reallıqlar sülhün yalnız siyasideyil, həm də sosial və iqtisadi dəyər daşıdığını aydın şəkildəortaya qoyur.

Dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olanDavos Dünya İqtisadi Forumunda Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin “Avrasiyanın iqtisadi özünəməxsusluğununmüəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirakıpostmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğuyeni mövqenin parlaq təzahürüdür. Ərazi bütövlüyümüzün vəsuverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşantəhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevinçıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdimolundu.

Prezident İlham Əliyevin panel iclasındakı çıxışının əsasintonasiya xəttini məhz sülh anlayışı təşkil edirdi. Söhbət o sülhanlayışından gedir ki, bu fenomen dövlət başçısı üçün siyasi şüardeyil, ölçülə bilən, iqtisadi nəticələr doğuran real vəziyyətdir.Ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni regionalreallıq Prezidentin nitqində müvəqqəti razılaşmaların deyil,uzunmüddətli sabitliyin konturları kimi təqdim olundu.

Siyasi şərhçi Əziz Əlibəyli qeyd edir ki, Prezident İlhamƏliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsindəki çıxışlarızamanı Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunması üçünirəli sürdüyü konseptual yanaşmalar siyasi gündəmdə mühüm yertutur.

“Bu çıxışların ana xəttini münaqişənin artıq keçmişdə qaldığı vəregionun yeni bir inkişaf mərhələsinə qədəm qoyduğu mesajı təşkiledir. Dövlət başçısı beynəlxalq auditoriyaya çatdırır ki,Azərbaycanın sülh gündəliyi regionun bütövlükdə təhlükəsizlik vərifah zonasına çevrilməsini hədəfləyir. Bu prosesin mərkəzində isəbeynəlxalq hüququn təməl prinsiplərinə, xüsusilə də ərazi bütövlüyüvə suverenliyə qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsininimzalanması dayanır.”

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın sülh fəlsəfəsinindigər mühüm sütunu iqtisadi inteqrasiyadır.

“Davos platformasında vurğulandığı kimi, sülhün davamlılığıregionun iqtisadi cəhətdən bir-birinə nə dərəcədə bağlı olmasındanasılıdır. Orta Dəhliz layihəsi və Zəngəzur dəhlizinin açılmasıperspektivi bu kontekstdə strateji əhəmiyyət kəsb edir. Azərbaycanregionu parçalanmış ərazilərdən Avropa və Asiyanı birləşdirən vahidbir tranzit mərkəzinə çevirməyi təklif edir.

Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfliməsləhətləşmələr mexanizminin yaradılması təşəbbüsü regionuntaleyinin məhz region xalqları tərəfindən müəyyənləşdirilməsiprinsipinə əsaslanır. Prezidentin mesajları həm də kənar güclərinprosesə müdaxilə edərək vəziyyəti gərginləşdirməkdən çəkinməsinədair bir çağırışdır”.

Prezident İlham Əliyev panel çıxışı zamanı qeyd etdi ki, əldəolunan razılaşmalar artıq kağız üzərində qalan niyyətlər toplusudeyil, praktik nəticələrə çevrilməkdədir. Dövlət başçısıVaşinqtonda paraflanan sülh sazişini nəzərdə tutaraq deyir: “Bu,artıq günümüzdə praktiki nəticələrə çevrilir. Bu, gələcəkdə 5–6aylıq sülh deyil. Təbii ki, danmırıq, müstəqil ölkə olaraq buvəziyyətdən zövq alırıq.”

Təqdim olunan yanaşma Prezidentin sülhə baxışını açıq şəkildəortaya qoyur — sülh yalnız münaqişənin bitməsi deyil, dövlətinsuveren iradəsinin və inkişaf strategiyasının təminatıdır.

Davosda baş tutan panel iclasındakı çıxışında Prezident sülhmövzusunu yalnız siyasi liderlərin iradəsi ilə məhdudlaşmayan,cəmiyyətlərin davranış və düşüncə tərzində öz əksini tapmalı olanstruktur kimi təqdim etdi. Məhz bu səbəbdən postmünaqişə dövründəhəm Azərbaycan, həm də Ermənistan üçün əsas çağırış əldə edilənrazılaşmaları praktik müstəvidə nümayiş etdirmək, sülhünüstünlüklərini cəmiyyətlərə hiss etdirə bilməkdir.

Prezidentin nitqində xüsusi vurğulanan məqam ondan ibarət idiki, qarşılıqlı etimad yalnız diplomatik masalarda deyil, ictimaişüurda da formalaşmalıdır. Cəmiyyətlərin bu prosesə fəal şəkildəqoşulması sülhün institusional deyil, sosial legitimlikqazanmasının əsas şərti kimi dəyərləndirildi. Bu kontekstdə İlhamƏliyevin nikbin tonu təsadüfi deyildi — əldə olunan nəticələr təkcəiki dövlət arasında münasibətlərin normallaşmasına deyil,bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasınaxidmət edən strateji dönüş nöqtəsi kimi təqdim olundu.

Siyasi ekspert Aqşin Kərimov qeyd edir ki, Prezident İlhamƏliyevin Davos İqtisadi Forumunda iştirakı Azərbaycanın xaricisiyasətdə və iqtisadi-ticari sferada perspektivlərinigenişləndirmək üçün unikal fürsətlər təqdim edir.

“Bu, mürəkkəb beynəlxalq münasibətlərdə artan mübahisələr, ocümlədən qlobal müttəfiqlər arasında yaranan çatlar fonundaAzərbaycan üçün əhəmiyyətlidir. İlham Əliyevin verdiyi bəyanatlarvə ona göstərilən yüksək ehtiram Azərbaycanın aparıcı dövlət kimikonturlarını göstərir. Çünki Azərbaycan dünya sistemində mühümgeosiyasi platformadır və Prezident İlham Əliyev dövlətinpotensialını beynəlxalq inkişafa uyğunlaşdırır”.

Ekspertin fikrincə, Davos İqtisadi Forumunda Prezident İlhamƏliyevin etdiyi çıxışlar və onun keçirdiyi görüşlər Azərbaycanaolan etimadı yeni quruluşda təsvir edir.

“Azərbaycan regional nizam və konsepsiya yaradıb onu presedentkimi dünyaya təqdim edən siyasi kursa sahibdir. Prezident İlhamƏliyev panel iclasında Azərbaycanın prioritetlərini elan etdi. Burasülh quruculuğu, regional və qlobal risklərə qarşı preventivtədbirlərin görülməsi, onların iqtisadi faktorlarlaəlaqələndirilməsi daxildir. Bu, təhlükəsizlik risklərindənAzərbaycanı sığortalaya biləcək məqamdır.

Bu, böyük strategiya olmaqla Azərbaycanın beynəlxalq nizamınyenidən qurulması üçün irəli sürdüyü maraqları ifadə edir.Azərbaycan bu istiqaməti Ermənistanla sülh proqramı kontekstindəparalelləşdirir. Göründüyü kimi, Prezident İlham Əliyev Davosdadaha böyük strategiya təklif edir, münaqişələrin dayandırılmasıüçün alternativ konstruktiv variantları gündəmə gətirir, beynəlxalqictimaiyyətin diqqətini Azərbaycan–Ermənistan sülh gündəminəyönəldir”.

Davos auditoriyasına ünvanlanan bu mesaj aydın idi: sülh artıqgələcəyə dair qeyri-müəyyən vədlər toplusu deyil, regionun iqtisadivə siyasi arxitekturasını dəyişdirən real prosesdir. Prezidentİlham Əliyevin baxışında bu prosesin uğuru yalnız bugünkürazılaşmalarla deyil, sabahkı nəsillərin təhlükəsiz və əməkdaşlıqmühitində yaşaması ilə ölçüləcək.

Chosen
103
4
az.trend.az

5Sources