Afrika Futbol Konfederasiyası (CAF) başa çatan Afrika Millətlər Kubokunun rəmzi komandası açıqlanıb.
QOL.az xəbər verir ki, turnirin ən yaxşı "11-liy"ində Seneqal millisinin kapitanı Sadio Mane və Mərakeş yığmasının ulduzu Brahim Diaz da yer alıb.
Afrika Millətlər Kubokunun rəmzi komandası:
Qapıçı: Yassin Bunu (Mərakeş);
Müdafiəçilər: Mussa Niakate (Seneqal), Kalvin Bessi (Nigeriya), Nussair Mazraui, Əşrəf Hakimi (hər ikisi - Mərakeş);
Yarımmüdafiəçilər: İdrissa Qeye, Pape Qeye (hər ikisi - Seneqal), Ademola Lukman (Nigeriya);
Hücumçular: Sadio Mane (Seneqal), Brahim Diaz (Mərakeş), Viktor Osimhen (Nigeriya).