"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.
"Far.Az"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Çaibi (78-p.) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, yanvarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda daha iki qol vurulub.
"Far.Az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 2:2 olub.
78-ci dəqiqədə qonaqların heyətində penaltini dəqiq yerinə yetirən Fares Chaibi komandasını hesabda irəli çıxarıb. 2 dəqiqə sonra isə Kamilo Duran Ağdam kollektivinin heyətində dublunu rəsmiləşdirərək yenidən hesaba tarazlıq gətirib - 2:2.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.
"Far.Az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ilk hissə başa çatıb.
"Far.Az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.
"Far.Az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.
11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab açılıb.
"Far.Az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.
4-cü dəqiqədə Kamilo Duran fərqlənib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.
"Far.Az" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.