EN

PKK/PYD lideri İsraildən açıq dəstək istədi – ŞOK VİDEO

PKK/PYD terror qruplaşmasının liderlərindən biri olan İlhamə Əhməd İsrailə açıq çağırış edərək, onlardan dəstək gözlədiklərini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, İsrail mediasına verdiyi müsahibədə İlhamə Əhməd bildirib ki, hazırda baş verənlər yalnız İsrail üçün problem kimi qəbul edilməməlidir:

“Hazırda baş verənlər təkcə İsrailin problemi olmamalıdır. Əgər bizə kömək etmək istəyirsinizsə, bunu indi edin. Bu gün bunun üçün ən uyğun zamandır. Əks halda, sonradan ‘kömək etmək istədik, amma bacarmadıq’ demək üçün vaxt olmayacaq”.

PKK/PYD lideri hücumların qarşısının alınmasında yardım etmək istəyən bütün tərəflərə də açıq olduqlarını vurğulayıb.

“Bizə qarşı hücumları dayandırmaq istəyən hər kəsə bir daha müraciət edirəm: qapılarımız açıqdır və onları məmnuniyyətlə qarşılayırıq”, – deyə İlhamə Əhməd qeyd edib.

Qeyd edək ki, PKK/PYD bir sıra ölkələr, o cümlədən Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır. İlhamə Əhmədin bu açıqlamaları regionda gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirib.

Aliyə

Chosen
125
nocomment.az

1Sources