EN

“Hakimin qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verdi”

“Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbə onların haqqı idi. Bizdən daha çox qalibiyyəti istəyən fanatlarımız var”

90deqiqe.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” komandasına 3:2 hesabı ilə qələbə qazandıqları oyundan sonra mətbuat konfransında bildirib.

Qurbanov komandasının meydanda intizamlı mübarizə apardığını qeyd edib: “Oyunçularım sonadək döyüşdülər. Dünya futbolunda favorit sayılmayan komandalar güclü rəqiblərə qalib gəlir. Buna hər zaman inanıram.”

Baş məşqçi rəqibə görə kiçik taktiki dəyişikliklər etdiklərini söyləyib: “Nəticəmiz çox gözəldir. Lakin futbolçularımın meydanda sərbəst və istəkli olması məni sevindirdi. Razı qaldığım oyun üslubunu daha da inkişaf etdirdik. Qarşıdakı “Liverpul”la oyuna daha yaxşı çıxacağıq. Futbolçularıma çəkinmədən mübarizə aparmalarını istəyəcəm.”

Qurban Qurbanov qələbə münasibətilə onları təbrik edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib.”

Baş məşqçi əlavə edib ki, bu qələbədən sonra çatışmazlıqlardan danışmaq düzgün deyil: “Futbolçularımdan razı qaldım. Onlar meydanda döyüşkən mübarizə aparırdılar.”

Həmçinin Qurbanov bildirib ki, zədəli olan Kadi Borges “Liverpul”la oyunda komandaya kömək edə bilməyəcək.

Chosen
48
7
90deqiqe.az

10Sources