EN

Zakir Fərəcov iclas keçirdi, Samir Bədəlov xəbərdarlıq aldı

Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib.

Pravda.az xəbər verir ki, Z.Fərəcov İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib.

S.Bədəlov isə reyd zamanı anlaşılmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib.

İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, bir neçə gündür, sosial mediada və mətbuat orqanlarında Sumqayıtda keçirilən reyd zamanı satıcılardan birinin məhsullarının müsadirə edilməsi ilə bağlı yayılan görüntülər müzakirə yaradıb. S.Heydərovun satıcıya “vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu, artıq sənin deyil, apar, qoy maşına…” deməsi ciddi tənqid edilib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
84
7
dogru.az

10Sources