AZ

İcra başçısı həmin məmura töhmət verdi

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib.

Gununsesi.info xəbər verir ki, Z.Fərəcov İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib.

S.Bədəlov isə reyd zamanı anlaşılmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib.

İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, bir neçə gündür, sosial mediada və mətbuat orqanlarında Sumqayıtda keçirilən reyd zamanı satıcılardan birinin məhsullarının müsadirə edilməsi müzakirə yaradıb. S.Bədəlovun satıcıya “vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu, artıq sənin deyil, apar, qoy maşına…” deməsi ciddi tənqid edilib.( Pravda.аz)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
133
9
icma.az

10Mənbələr