EN

ABŞ ordusu Arktikadakı əməliyyatlara hazır deyil - KİV

Bakı. Trend:

ABŞ hərbi qulluqçuları NATO üzv olan Şimali Avropa ölkələrinənisbətən sərt soyuq şəraitdə əməliyyatlara daha az hazır olduqlarıüçün Arktikada təhlükəsizliyi müstəqil şəkildə təmin edəbilmirlər.

Trend-inməlumatına görə, bu barədə Böyük Britaniyanın "The Times" qəzetimənbəyə istinadən bildirib.

Məlumata əsasən, 2025-ci ilin mart ayında Norveçin şimalındakeçirilən NATO-nun Joint Viking təlimləri zamanı ABŞ nümayəndələrinəzərəçarpacaq çətinliklərlə üzləşdilər.

Nəşrin məlumatına görə, manevrlərin təşkilatçıları müharibəoyunları zamanı düşmən rolunu oynayan Finlandiya ehtiyatda olanəsgərlərindən amerikalılara təslim olmalarını istəyiblər.

Mənbə həmçinin qeyd edib ki, ABŞ buzqıran gəmilərin tikintisiüçün Finlandiyadan asılıdır. "Avropalıların lazımi təcrübəsi var.Əgər [ABŞ prezidenti Donald] Tramp regionu qorumaq istəyirsə,Arktika müttəfiqlərini qıcıqlandırmaqla səhv yol tutur", - deyə obildirib.

Məqalədə:
Chosen
103
3
az.trend.az

4Sources