EN

​"Beşiktaş”ın ulduzu tarix yazdığı kluba qayıdır

"Beşiktaş”ın futbolçusu Temmi Abraham karyerasını İngiltərədə davam etdirə bilər. Metbuat.az xəbər verir ki, futbolçu "Aston Villa" ilə müqavilə imzalamaq üzrədir. Məlumata görə, Temmi Abraham "Aston Villa" ilə razılıq əldə edib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Temmi Abraham 2018-ci ildə "Aston Villa"da icarə əsasında oynayıb. Futbolçu klub üçün 25 qola imza atıb və 1977-ci ildən bəri bu nailiyyətə imza atan ilk oyunçu olub. "Beşiktaş" bundan əvvəl Mert Günok, Svensson, Jurasek, Paulista və Rikardo ilə yollarını ayırıb.

Chosen
36
11
metbuat.az

10Sources