EN

Milli Elektron Lüğət Platformasının yaradılması təklif edilir

Bakı. Trend:

Komitənin yaz sessiyası üçün iş planında təhsildə dilinkeyfiyyəti və rəqəmsal mühitdə Azərbaycan dilinin mövqeyi ayrıcamüzakirə mövzusu kimi yer alması çox yaxşı olar.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü ElçinMirzəbəyli komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, son illər dərsliklərin məzmunu iləbağlı müxtəlif müzakirələr aparılır, lakin çox vaxt bir vacib məqam- dilin anlaşıqlı olması, terminoloji uyğunluq və üslub problemilazımi səviyyədə diqqətdə saxlanılmır:

“Dərsliklərdə ağır sintaksis, süni və ya qeyri-sabit terminlər,bəzən isə birbaşa tərcümə dili şagirdlərin mətni qavramasınıçətinləşdirir. Bu, zənnimcə, təkcə dil məsələsi deyil, təhsilinkeyfiyyəti məsələsidir.

Bu baxımdan təklif edirəm ki, komitənin iş planına “Ümumtəhsildərsliklərinin dili və terminoloji uyğunluğu” mövzusunda ictimaidinləmənin keçirilməsi daxil edilsin. Bu dinləmədə dilçi alimlərin,müəllimlərin, dərslik müəlliflərinin, nəşriyyat nümayəndələrininiştirakı ilə dərslik dili üçün minimum standartlar, terminolojivahidliyin təmin olunması, dil ekspertizasının institusionalmexanizmləri müzakirə oluna bilər”.

Deputat vurğulayıb ki, ikinci vacib məsələ Azərbaycan dilininrəqəmsal mühitdə təmsilçiliyi, xüsusilə də elektron lüğətlər,terminoloji bazalar və dil texnologiyalarıdır:

“Hazırda Azərbaycan dilində mövcud olan onlayn lüğətlər vəresurslar pərakəndə xarakter daşıyır, elmi və texniki terminologiyaüzrə isə vahid, etibarlı və davamlı platforma mövcud deyil. Bu isəhəm təhsil sistemində, həm də elm sahəsində və media mühitindəciddi boşluqlar yaradır.

Bu baxımdan, komitənin iş planına “Azərbaycan dilində rəqəmsallüğətlər və dil texnologiyaları” mövzusunda elmi-pratik konfransıntəşkil edilməsini məqsədəuyğun hesab edirəm.

Bu konfrans çərçivəsində vahid Milli Elektron LüğətPlatformasının yaradılması, açıq mənbə və API (ApplicationProgramming Interface – Tətbiq Proqramları İnterfeysi) əsaslıterminoloji bazaların formalaşdırılması, bu resursların məktəb,universitet və media sistemləri ilə inteqrasiyası kimi texniki vəstrateji məsələlər müzakirə edilə bilər”.

E.Mirzəbəyli qeyd edib ki, süni intellekt texnologiyalarınınsürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin rəqəmsalsuverenliyi məsələsi artıq nəzəri yox, real çağırışdır.

“Əgər bu gün biz öz dil korpuslarımızı, lüğət bazalarımızı vətexnoloji alətlərimizi formalaşdırmasaq, bu gün olduğu kimi sabahda başqalarının formalaşdırdığı modellərlə işləmək və deməli, digərdillərə üz tutmaq məcburiyyətində qalacağıq.

Bu baxımdan üçüncü istiqamət kimi “Təhsildə Azərbaycan dili vəsüni intellekt: imkanlar və risklər” mövzusunda tematik müzakirənində iş planına salınmasını məqsədəuyğun hesab edirəm”, - deyə ofikrini yekunlaşdırıb.

Chosen
74
1
az.trend.az

2Sources